Bu gün Türkiyə-Ermənistan futbol matçını izləmək üçün Bursaya gələn Ermənistan Prezidenti ilə görüşən Abdullah Gül görüşmələrə münasibət bildirərək tarix yazmadıqlarını, tarix yaratdıqlarını bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
Gül onu da bildirib ki, atılan addımlar bütün Qafqazda sülhün və sabitliyin olması üçün önəmlidir.
TREND NEWS- un arayışı :Türkiyə Prezidenti Abdullah Gül bu gün ölkənin Bursa şəhərində Türkiyə-Ermənistan futbol matçını izləmək üçün gələn Ermənistan Prezidenti Serj Sarkisyanla görüşüb.Bursaya futbol matçını izləməyə gələn Ermənistan Prezidenti Sarkisyanı Türkiyənin XİN başçısı Əhməd Davudoğlu qarşılayıb.Telekanalın verdiyi məlumata görə, Türkiyə Prezidenti erməni həmkarının şərəfinə ziyafət verəcək. Ziyafətdən sonra ölkə rəsmiləri futbol matçını izləmək üçün Bursadakı Atatürk stadionuna yollanacaqlar.