İsrailin dekabrın sonunda və yanvarın əvvəlində Qəzza sektorunda həyata keçirdiyi hərbi əməliyyatlar Türkiyənin vasitəçilərdən biri qismində çıxış etdiyi Yaxın Şərqdə sülhə nail olunması prosesinə zərbə vurdu. Bu barədə jurnalistlərə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib, CNN Türk telekanalı xəbər verib.
"Ötən ilin dekabrın sonunda başlayan İsrail ordusunun Qəzzadakı əməliyyatları Türkiyənin Suriya-İsrail danışıqlarında vasitəçi kimi çıxış etdiyi regionda münaqişənin nizamlanması üzrə göstərilən səylərə son qoydu", - Davudoğlu bildirib.
Onun sözlərinə əsasən, Türkiyə indi də İsrail və Suriya arasında vasitəçiliyə, həmçinin Yaxın Şərqdə sülh planlarının dəstəklənməsinə hazırdır.
"Türkiyə artıq neçə ildir ki, beynəlxalq diplomatiyanın Yaxın Şərqdə sülhün bərqərar olması üzrə səylərini dəstəkləyir", - Davudoğlu bildirib.
Onun sözlərinə əsasən, Qəzza sektorunda hərbi əməliyyatların dayandırılmasından sonrakı səkkiz ay ərzində təhsil müəssisələrinin hələ də inşa edilməməsi və dinc vətəndaşların evlərinin bərpa edilməməsinə göz yuma bilməzlər.
Cümə axşamı İsrailin xarici işlər naziri Aviqdor Liberman Türkiyənin Təl-Əvivdəki səfirliyinin nümayəndələrindən Türkiyənin TRT 1 telekanalı ilə fələstinli uşaq və qadınların qətlə yetirilməsi, həmçinin gənc fələstinlilərin İsrail ordusu tərəfindən güllələnməsini nümayiş etdirən çox seriyalı filmin yayımlanması ilə əlaqədar izahat tələb edib.
Bazar ertəsi Türkiyə Konyada Amerika və İsrail komandalarının iştirak etməli olduğu "Anadolu qartalı" hərbi təlimlərindən imtina etdi, belə ki, təlimlərdə İsrailin HHQ iştirak etməli idi.
Ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Al Arabiya ərəb telekanalına müsahibəsində bildirib ki, İsrail ilə təlimlərdən imtina etməklə türk xalqının istəyini yerinə yetirib.
İsrailin Qəzzada 22 gün davam edən "Əridilmiş qurğuşun" hərbi əməliyyatı Fələstinin İsrailin cənubunu raket atəşinə tutmasına cavab olaraq başlayıb. Fələstin tibb işçilərinin məlumatına əsasən, 1500 nəfərdən çox insan hərbi əməliyyatın qurbanı olub, təxminən 5000 nəfər xəsarət alıb. Anklavda həmçinin administrativ məntəqələr və dinc sakinlərin evləri dağıdılıb.
BMT-nin hakim Riçard Qoldstounun başçılıq etdiyi Qəzzadakı hadisələrin araşdırılması üzrə beynəlxalq komisiyası İsraili Qəzzada hərbi cinayətlərin törədilməsində ittiham edib.