...

İsrail və ABŞ yəhudi qəsəbələri ilə bağlı razılığa gəliblər - Baş nazir Netanyahu

Dünya xəbərləri Materials 19 Oktyabr 2009 12:28 (UTC +04:00)
İsrailin Baş naziri Binyamin Netanyahu ötən həftə İsrail və ABŞ arasında Qərb sahilində yəhudi qəsəbələrinin inşası məsələsi üzrə razılığın əldə olunduğu barədə bəyan edib, İsrailin "Haaretz" qəzeti yazır.
İsrail və ABŞ yəhudi qəsəbələri ilə bağlı razılığa gəliblər - Baş nazir Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu ötən həftə İsrail və ABŞ arasında Qərb sahilində yəhudi qəsəbələrinin inşası məsələsi üzrə razılığın əldə olunduğu barədə bəyan edib, İsrailin "Haaretz" qəzeti yazır.

"Biz amerikalılar ilə qəsəbə məsələsini həll edə bildik", - Netanyahu ispaniyalı həmkarı Xose Luiz Sapatero ilə görüşdə bildirib.

Lakin Netanyahu razılaşmanın təfərrüatlarını açıqlamayıb.

Netanyahunun qəsəbə probleminin həlli barədə bəyanatı sentyabrda BMT Baş Assambleyasının ABŞ-ın qəsəbələri qanunsuz adlandırmasından sonra ilk bəyanat olub.

Netanyahu Fələstin rəhbərliyini ilkin şərtlər olmadan danışıqlar masasına əyləşməyə çağırıb.

Bu həftə İsrailin Nazirlər Kabinetinin nümayəndələri danışıqların növbəti raundu üçün Vaşinqtona yola düşəcəklər. Fələstin administrasiyasının əsas elçisi Saib Erikatın Vaşinqtonda görüşlər keçirməsi gözlənilir, "Haaretz" yazır.

ABŞ-ın Yaxın Şərqdə xüsusi nümayəndəsi Corc Mitçel regiona sonuncu səfəri zamanı bildirib ki, ABŞ regionda sülh prosesinin və fələstinlilərlə israillilər arasında danışıqların bərpası yolarını axtarır.

Fələstin administrasiyası İsrail İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə yəhudi qəsəbələrinin inşasını dayandırmayana kimi bir il öncə kəsilən danışıqları bərpa etməkdən imtina edir.

Xəbər lenti

Xəbər lenti