...

İsrail Türkiyədən su idxal etmək niyyətindədir

Dünya xəbərləri Materials 19 Oktyabr 2009 13:27 (UTC +04:00)
Sonuncu ixtilaflara baxmayaraq, İsrail Türkiyə şirkətləri ilə ölkədəki su böhranının həll olunması üçün su idxalı barədə danışıqlar aparır, "Ynet News" yazır.
İsrail Türkiyədən su idxal etmək niyyətindədir

Sonuncu ixtilaflara baxmayaraq, İsrail Türkiyə şirkətləri ilə ölkədəki su böhranının həll olunması üçün su idxalı barədə danışıqlar aparır, "Ynet News" yazır.

İsrail XİN bildirib ki, türk şirkətləri Təbbi Resurslar Nazirliyinin su idxalına dair müraciətini qəbul edib.

Ankaranın birgə hərbi təlimlər keçirməsindən imtina etməsi və türk telekanalı ilə fələstinli uşaqların İsrail əsgərləri tərəfindən qətlə yetirilməsi barədə filmin nümayiş olunmasından sonra İsrail və Türkiyə münasibətlərindəki gərginliyə baxmayaraq, su idxalı ilə bağlı danışıqlara başlanılıb.

Türkiyədən su idxalı barədə müqavilə 2002-ci ildə Baş nazir Ariel Şaronun hakimiyyəti dövründə imzalanıb, lakin iqtisadi çətinliklər səbəbindən onun həyata keçirilməsi təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti