...

Tehranda keçirilən XVI Beynəlxalq Mətbuat Sərgisi çərçivəsində yerli və xarici mətbuat qurumlarının rəhbərləri arasında fikir mübadiləsi aparılıb

Dünya xəbərləri Materials 23 Oktyabr 2009 19:36 (UTC +04:00)
Tehranda keçirilən XVI Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Festivalı və Sərgisi çərçivəsində tədbirdə iştirak edən yerli va xarici mətbuat qurumlarının rəhbərləri arasında fikir mübadiləsi aparılıb.
Tehranda keçirilən XVI Beynəlxalq Mətbuat Sərgisi çərçivəsində yerli və xarici mətbuat qurumlarının rəhbərləri arasında fikir mübadiləsi aparılıb

İran, Tehran, 23 oktyabr / Trend , müxbir T.Cəfərov/

Tehranda keçirilən XVI Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Festivalı və Sərgisi çərçivəsində tədbirdə iştirak edən yerli və xarici mətbuat qurumlarının rəhbərləri arasında fikir mübadiləsi aparılıb.

İranın Mədəniyyət və İrşad Nazirliyinin Daxili və Xarici Mətbuat İdarəsinin rəisi Məhəmməd Mənsur Kuşeş bildirib ki, bu cür tədbirlərin keçirilməsi ilə İranın və xarici ölkələrin media qurumları arasında əlaqələrin əsası qoyulur. O, bunun həmçinin əcnəbi mətbuat orqanlarının da öz aralarında münasibətlər qurmasına imkan yaratdığını söyləyib.

Kuşeş festival-sərginin əsas hədəfinin həm regional, həm də beynəlxalq mətbuat qurumları arasında əlaqələrin yaranması, qarşılıqlı əməkdaşlıq, habelə mübadilə formasında münasibətlərin qurulması olduğunu bildirib.

İdarə rəisi bölgədə media orqanlarının ortaq fəaliyyətini tənzimləmək və əməkdaşlıq əlaqələrini gücləndirmək məqsədi ilə yeni bir qurumun yaradılmasının və bu qurum çərçivəsində istər regional, istərsə də beynəlxalq səviyyədə mediaların bir-birini tanıması, mübadilə münasibətlərinin qurulması üçün müvafiq addımlar atılmasını istəyib.

Sonra yerli və xarici mətbuat təmsilçiləri arasında fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti