Azərbaycan, Bakı, 25 oktyabr / Trend , müxbir R.Daraşxan/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan şənbə günü Pakistana yola düşüb, Anadolu xəbər verib.
Ərdoğan Pakistanın Baş naziri Seyid Yusuf Rza Qilaninin dəvəti ilə ölkəyə səfər edir.
Oktyabrın 25-26-da keçəcək səfər zamanı Türkiyənin Baş naziri Pakistan rəhbərliyi ilə, eyni zamanda ölkə prezidenti Asif Əli Zərdari ilə danışıqlar aparacaq.
Pakistanda danışıqların bitməsindən sonra oktyabrın 26-da Ərdoğan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Rəhiminin dəvəti ilə həmin ölkəyə səfər edəcək.
Türkiyə Baş nazirinin İranın hakimiyyət nümayəndələri ilə görüşü gözlənilir. Ərdoğanın İrana səfəri oktyabrın 27-nə kimi davam edəcək.