Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir Ü.Sadıxova/
HƏMAS-ın prezident seçkilərində və qanunvericilik şurasına keçirilən seçkilərdə iştirakdan imtina etməsi fələstin hərakatının seçkilərin nəticələrindən qorxmasına işarə edir. Bu barədə Fələstin Milli Administrasiyasının (FMA) xarici işlər naziri Riyad əl-Maliki Bakıda keçirilən mətbuat konfransında bildirib.
"Mahmud Abbas Administrasiyası indiyədək konstitusiyanın bütün tələblərini icra edib. Bu qanunları və konstitusiyanın maddələrini inkar edənlər sadəcə seçkilərin nəticələrindən qorxur", - Maliki deyib.
Prezident seçkiləri və Fələstin Milli Administrasiyasının qanunvericilik məclisinə seçkilər 2010-cu il yanvarın 25-də keçiriləcək. Bu barədə əvvəlcə administrasiyanın Prezidenti Mahmud Abbas bildirmişdi.
Abbasın seçkilərin tarixi barədə elanı, Qəzza sektoruna nəzarət edən HƏMAS-ın milli hökumətin yaradılması ilə bağlı fələstinlilərarası müqavilə imzalanmayana qədər bu seçkilərdə iştirakdan imtina etməsi fonunda səslənib.
Misirin HƏMAS və FƏTH hakim partiyası arasındakı danışıqlarda səylərinə baxmayaraq, fələstin partiyaları oktyabrın sonuna planlaşdırılan sülh müqaviləsini imzalaya bilməyiblər.
FMA-nın xarici işlər naziri Malikinin sözlərinə görə, HƏMAS-ın seçkilərdə iştirakdan imtina etməsi təşkilatın seçki prosesindən hakimiyyətə gəlməsi üçün istifadə etməsindən xəbər verir.
"Biz ümid edirik ki, seçkilər təyin olunmuş vaxtda keçiriləcək", - Maliki bildirib.
HƏMAS BMT-dəki Fələstin Administrasiyasının Qoldstounun məruzəsinə dair səsvermənin ləğv edilməsi üzrə çıxış etməsi üçün Prezident Abbasın sərəncam verməsini bəyan edərək, Misirdən danışıqlar prosesini dayandırmağı tələb edib. Məruzənin müəllifləri İsraili ötən il dekabrın sonu-bu il yanvar ayının əvvələrində "Əridilmiş qurğuşun" əməliyyatı zamanı Qəzza sektorunda dinc sakinlərə qarşı hərbi cinayətlərin törədilməsində günahlandırıb.