Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi qrup toplnatısında ölkəsinin Avropa İttifaqına üzv olması üçün bundan sonra da islahatlar aparacağını bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
"Aİ-yə üzv olmaq üçün islahatlara davam edəcəyik", - deyə Ərdoğan bildirib.
Baş nazir onu da qeyd edib ki, Türkiyə Aİ-yə yük olmaq deyil, onun problemlərini azaltmaq üçün üzv olmaq istəyir.
Trend NEWS-un arayışı : Türkiyə ilə Aİ arasındakı əlaqələr və əməkdaşlıq 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə başlayıb. Müqavilənin imzalanmasından sonra Türkiyə-Aİ əlaqələrində zaman-zaman durğunluq olsa da, razılaşma öz statusunu qoruyub saxlayıb. Əslində, Türkiyə və Aİ-nin bugünkü yaxınlaşmaları tarixi bir fürsət kimi dəyərləndirilməlidir.