...

İran Parlamentinin Rəyasət Heyəti hökumət və parlament arasında yaranmış mübahisənin həlli üçün fövqəladə iclas keçirib

Dünya xəbərləri Materials 3 Noyabr 2009 17:23 (UTC +04:00)
İran Parlamentinin Rəyasət Heyəti hökumət və parlament arasında "Subsidiyaların yönəldilməsi üzrə layihə" ətrafında yaranmış mübahisəni həll etmək məqsədilə fövqəladə iclas keçirib.
İran Parlamentinin Rəyasət Heyəti hökumət və parlament arasında yaranmış mübahisənin həlli üçün fövqəladə iclas keçirib

İran Parlamentinin Rəyasət Heyəti hökumət və parlament arasında "Subsidiyaların yönəldilməsi üzrə layihə" ətrafında yaranmış mübahisəni həll etmək məqsədilə fövqəladə iclas keçirib. Məlumatı İranın MEHR xəbər agentliyi yayıb.

Məlumata əsasən, "Subsudiyaların yönəldilməsi üzrə layihə" üçün hökumət tərəfindən təklif olunmuş fondun yaradılması məsələsində parlament və hökumət arasında yaranmış mübahisədən sonra İran Parlamentinin Rəyasət Heyəti çərşənbə axşamı fövqəladə iclas təşkil edib. İclasda hökumət və parlament arasında yaranmış mübahisənin həlli yolları müzakirə olunub.

İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə axşamı parlamentdə çıxışı zamanı bildirib ki, "Subsidiyaların yönəldilməsi üzrə layihə" illik büdcəyə daxil edilərsə, hökumət tərəfindən icra olunmayacaq. Əhmədinejadın bu çıxışı parlament nümayəndələrinin etirazına səbəb olub. Əhmədinejad "Subsudiyaların yönəldilməsi üzrə layihə" üçün nəzərdə tutulmuş fondun təsisini nəzərdə tutan bəndin layihədən çıxarılmasını tənqid edib. "Hökumət bu böyük layihəni o zaman icra edə bilər ki, icra üçün bəzi əlavə səlahiyyətləri olsun. Parlament çox böyük iş görüb, lakin layihənin icrası illik büdcə çərçivəsində təsdiq olunarsa, layihənin icrası qeyri-mümkündür", - Əhmədinejad deyib.

Xəbər lenti

Xəbər lenti