...

İran və İraq parlamentləri arasında ikitərəfli əməkdaşlığın inkişafına dair memorandum imzalanıb

Dünya xəbərləri Materials 5 Noyabr 2009 12:23 (UTC +04:00)
İran və İraq parlamentləri arasında ikitərəfli əməkdaşlığın inkişafına dair memorandum imzalanıb.
İran və İraq parlamentləri arasında ikitərəfli əməkdaşlığın inkişafına dair memorandum imzalanıb

İran və İraq parlamentləri arasında ikitərəfli əməkdaşlığın inkişafına dair memorandum imzalanıb. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb. Memorandum İraq Parlamentində İran Parlamentinin sədri Əli Laricani və iraqlı həmkarı Əyad Əs-Samirai tərəfindən imzalanıb. Memorandumda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

İran Parlamentinin sədri Laricani çərşənbə günü İraqa səfər edib. Laricani dördgünlük səfər zamanı İraq rəsmiləri ilə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələr haqda müzakirələr aparacaq. Laricanini səfərdə İran Parlamentindən 8 nümayəndə və İran xarici işlər nazirinin müavini müşaiyət edir.

Xəbər lenti

Xəbər lenti