...

ABŞ-ın siyasətindəki dəyişiklik Tehran və Vaşinqtonun baxışlarını yaxınlaşdıra bilər - İranın XİN rəhbəri

Dünya xəbərləri Materials 11 Noyabr 2009 16:02 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib ki, Birləşmiş Ştatların siyasətindəki dəyişiklik İran və ABŞ ölkələrinin baxışlarını yaxınlaşdıra bilər və bu yaxınlıq bəzi problemlərin həllinə kömək edə bilər.
ABŞ-ın siyasətindəki dəyişiklik Tehran və Vaşinqtonun baxışlarını yaxınlaşdıra bilər - İranın XİN rəhbəri

İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib ki, Birləşmiş Ştatların siyasətindəki dəyişiklik İran və ABŞ ölkələrinin baxışlarını yaxınlaşdıra bilər və bu yaxınlıq bəzi problemlərin həllinə kömək edə bilər. Məlumatı İRNA xəbər agentliyi yayıb.

"ABŞ-ın siyasətdəki dəyişiklik bizim regionda və digər regionlardakı məsələlərlə bağlı yeni atmosfer yarada bilər. İran və ABŞ-ın baxışlarının yaxınlaşması bəzi problemlərin həllinə kömək edə bilər, lakin bunun üçün siyasi iradə lazımdır", - Müttəki çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.

Müttəki əlavə edib ki, İran-ABŞ münasibətlərində iki məsələ var, birincisi, İran və ABŞ-ı maraqlandıran məsələlərdir ki, burada hər iki ölkə məsələləri diqqətlə izləyir. İkinci məsələ isə İran və ABŞ münasibətləri ilə bağlıdır. "Bizim üçün əsas məsələ ABŞ-İran münasibətləridir, bunun üçün isə ötən bir il ərzində ABŞ tərəfindən verilmiş vədlərin icrası lazımdır", - Müttəki bildirib.

Xəbər lenti

Xəbər lenti