Bu gün səhər İranın Fars əyalətinin Gəledar şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3.5 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
Tehran Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz yeraltı təkanların yerli vaxtla saat 10:56-da baş verdiyini qeyd edib. Seysmoloji Mərkəzin məlumatına əsasən, yeraltı təkanlar əsasən Fars əyalətinin Gəledar şəhərinin şimal-qərbində qeydə alınıb.
Zəlzələnin vurduğu ziyan, ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.