...

Rusiyadan S300 raketlərinin İrana təhvil verilməsi üzrə müqavilənin ləğvi ilə bağlı rəsmi xəbərdarlıq almamışıq - İranın müdafiə naziri

Dünya xəbərləri Materials 17 Noyabr 2009 14:42 (UTC +04:00)
İranın müdafiə naziri Əhməd Vəhidi Rusiyanın S300 raketdən müdafiə sistemini İrana təqdim etməsi üzrə müqavilə haqda yayılan ziddiyyətli xəbərlərə münasibət bildirərək deyib ki, indiyədək Rusiya tərəfindən bu müqavilənin ləğvi ilə bağlı rəsmi xəbərdarlıq alınmayıb. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Rusiyadan S300 raketlərinin İrana təhvil verilməsi üzrə müqavilənin ləğvi ilə bağlı rəsmi xəbərdarlıq almamışıq - İranın müdafiə naziri

İranın müdafiə naziri Əhməd Vəhidi Rusiyanın S300 raketdən müdafiə sistemini İrana təqdim etməsi üzrə müqavilə haqda yayılan ziddiyyətli xəbərlərə münasibət bildirərək deyib ki, indiyədək Rusiya tərəfindən bu müqavilənin ləğvi ilə bağlı rəsmi xəbərdarlıq alınmayıb. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

"Ruslar raketdən müdafiə sisteminin təhvil verilməsində gecikmələr olacağı barədə bizə bildiriblər və gecikmənin səbəbi kimi texniki problemlər göstəriblər. İndiyədək bu raketdən müdafiə sisteminin təhvil verilməyəcəyi barədə ruslar tərəfindən heç bir rəsmi xəbərdarlıq alınmayıb", - deyə Vəhidi deyib.

Vəhidi əlavə edib ki, İran Rusiyadan S300 raketdən müdafiə sisteminin təhvili ilə bağlı texniki problemlərin tez bir zamanda həll edilməsini və təhvil prosesini başa çatdırılmasını istəyib.

"Ümid edirik ki, ruslar S300 raketdən müdafiə sistemini tez bir zamanda İrana təhvil verəcəklər", - deyə Vəhidi əlavə edib.

Rusiya və İran 1 milyard dollar dəyərində S300 raketdən müdafiə sistemi barədə razılaşmanı 2 il əvvəl imzalayıblar. Bu razılaşmadan və İranın nüvə proqramından narahat olan ABŞ və İsrail Moskvadan Tehrana raket satılmasından imtina etməsini istəyib. Rusiya mətbuatının məlumatına əsasən, Rusiya S300 raketdən müdafiə sisteminin İrana satışından imtina edib.

Xəbər lenti

Xəbər lenti