...

Berluskoniyə hücum edən Massimo Tartaglianın fanatlarının sayı 51 443 nəfərə çatıb

Dünya xəbərləri Materials 14 Dekabr 2009 16:50 (UTC +04:00)
İtaliyanın Baş naziri Silvio Berluskoniyə yumruq vuran Massimo Tartaglianın Facebook saytında fanatlarının sayı bir saat ərzində 51 443 nəfərə çatıb.
Berluskoniyə hücum edən Massimo Tartaglianın fanatlarının sayı 51 443 nəfərə çatıb

İtaliyanın Baş naziri Silvio Berluskoniyə yumruq vuran Massimo Tartaglianın Facebook saytında fanatlarının sayı bir saat ərzində 51 443 nəfərə çatıb. Məlumatı Türkiyənin "Milliyet" qəzeti yazır.

Trend -un arayışı: Dünən axşam saatlarında mənsubu olduğu Azadlıq Xalq Partiyasının Milan şəhərində keçirdiyi mitinqdə İtaliyanın Baş naziri Silvio Berluskoniyə dinləyicilərdən biri tərəfindən hücum olub. Baş verən insidentdən sonra nazirə hücum edən Massimo Tartaglia həbs edilib. Berluskoni tibbi xidmət göstərilməsi üçün xəstəxanaya çatdırılıb.

Xəbər lenti

Xəbər lenti