...

AŞ-nin komissarı Sxinvali həbsxanasında saxlanılan iki gürcü yeniyetmənin azad edilməsi məqsədilə Tbilisidə olub

Dünya xəbərləri Materials 17 Dekabr 2009 10:36 (UTC +04:00)
AŞ-nin insan hüquqları üzrə komissarı Tomas Hammerberq bu axşam Tbilisidə olub. Hammerberqin Tbilisi aeroportunda bildirdiyi kimi o, Sxinvalidə saxlanılan iki yeniyetmənin azad edilməsinə nail olmaq niyyətindədir.
AŞ-nin komissarı Sxinvali həbsxanasında saxlanılan iki gürcü yeniyetmənin azad edilməsi məqsədilə Tbilisidə olub

Gürcüstan, Tbilisi, 17 dekabr / Trend , müxbir N.Kirsxaliya/

AŞ-nin insan hüquqları üzrə komissarı Tomas Hammerberq bu axşam Tbilisidə olub. Hammerberqin Tbilisi aeroportunda bildirdiyi kimi o, Sxinvalidə saxlanılan iki yeniyetmənin azad edilməsinə nail olmaq niyyətindədir.

"Mən geri çəkilmək fikrində deyiləm və iki yeniyetmənin azad edilməsinə nail olacam, belə ki, hesab edirəm ki, siyasi gərginliyə görə günahsız insanlara əzab verilməməlidir", - o deyib.

Hammerberq vurğulayıb ki, artıq Moskvada olub və XİN-də görüş keçirib. Orada da həmçinin bildirib ki, siyasi problem səbəbindən günahsız insanlara əzab verilməməlidir.

Hammerberq ayın əvvəlində artıq vasitəçi rolunu oynayıb və iki gürcü yeniyetməni Gürcüstan tərəfindən əsir alınmış beş osetinlə dəyişib. Osetiya hakimiyyəti komissara qalan iki gürcü yeniyetməni dekabrın 13-də azad edəcəklərinə dair söz verib. Lakin bu vədə baxmayaraq, 17 yaşlı Levan Xmiadaşvili və 16 yaşlı Viktor Buçukuri bu vaxtadək əsirlikdədir.

Onlarla yanaşı, həddi buluğa çatmamış Georgi Arçvadze Sxinvalidə saxlanılır. Ailəsinin məlumatına görə, o, iyulun 5-də Osetiya tərəfindən əsir alınıb, lakin son zamanlara qədər bu barədə məlumat olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti