...

Aşura günü Tehranın polis rəisi yaralanıb

Dünya xəbərləri Materials 28 Dekabr 2009 12:26 (UTC +04:00)
Tehran polisinin yaydığı məlumata görə, Aşura günü keçirilən nümayiş zamanı beş nəfər ölüb və Tehranın polis rəisi Əzizullah Rəcəbzadə yaralanıb.
Aşura günü Tehranın polis rəisi yaralanıb

Tehran polisinin yaydığı məlumata görə, Aşura günü keçirilən nümayiş zamanı beş nəfər ölüb və Tehranın polis rəisi Əzizullah Rəcəbzadə yaralanıb. Məlumatı İLNA agentliyi yayıb.

Məlumata əsasən, Rəcəbzadə mitinq iştirakçılarına sakitləşmələri üçün müraciət edib və elə həmin an ona bərk əşya tullayıblar. Nəticədə o və bir neçə polis yaralanıb.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Beynəlxalq informasiya agentliyinin məlumatına görə, 15 nəfər müxalifətin yaratdığı qarışıqlığın qurbanı olub və təxminən 300 nəfər həbs edilib. Fars agentliyinin məlumatına görə, qarşıdurma zamanı İranın müxalifət lideri Mir Hüseyn Musəvinın bacısı oğlu da ölüb.

Xəbər lenti

Xəbər lenti