"Əl-Qaidə" qruplaşmasının Ərəbistan yarımadasındakı qolu ABŞ-a istiqamətlənən təyyarəni partlatmaq üçün bir nəfəri silahlandırıb və ona təlim keçib. Bunu ABŞ Prezidenti Barak Obama deyib. Məlumatı BBC yayıb.
Obama məzuniyyətdə olduğu Havayda çıxış edərək bildirib ki, avialayner hadisəsi üzrə istintaq zamanı bütün böyük yeni informasiyalar aşkar olur.
Dekabrın 25-də Amsterdamdan Detroyta uçan təyyarənin sərnişini nigeriyalı Umar Faruq Əbdülmütəllib partlayıcı qurğunu işə salmaq istəyib.
Əvvəlcə Obama demişdi ki, Detroytdakı Northwest aviaşirkətinin laynerini partlatmağa cəhddə "sistemli səhvlər" edilib.