...

Suriya Parlamentinin sədri İranda səfərdədir

Dünya xəbərləri Materials 6 Yanvar 2010 11:04 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricaninin dəvəti ilə Suriya Xalq Məclisinin sədri Mahmud əl-Əbrəş İranda rəsmi səfərdədir.
Suriya Parlamentinin sədri İranda səfərdədir

İran Parlamentinin spikeri Əli Laricaninin dəvəti ilə Suriya Xalq Məclisinin sədri Mahmud əl-Əbrəş İranda rəsmi səfərdədir. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verib.

Əl-Əbrəş yanvarın 5-də İrana dördgünlük rəsmi səfər edib. O, bu gün İran Parlamentində çıxış edəcək. Suriya Parlamentinin sədri və onu müşayiət edən nümayəndə heyətinin İrana səfərində məqsəd parlamentlərarası əlaqələrin inkişaf etdirilməsidir.

"İran və Suriya iki dost və qardaş ölkədir, iki ölkə arasında iqtisadi, siyasi, diplomatik sahələrdə yüksək səviyyədə əlaqələr mövcuddur. Əl-Əbrəşin İrana səfəri ilə əlaqələr daha da inkişaf etdiriləcək", - Laricani deyib.

Səfər zamanı əl-Əbrəşin iranlı həmkarı Əli Laricani, Prezident Mahmud Əhmədinejad, İran Məhkəmə Sisteminin rəhbəri ayətullah Sadıq Laricani, xarici işlər naziri Mənuçöhr Müttəki və İran Dövlət Televiziyasının rəhbəri İzzətullah Zərqami ilə görüş keçirməsi nəzərdə tutulub.

Həmçinin bu gün Bəhreyn Parlamentinin sədri Xəlifə bin Əhməd əl-Zəhrani də İrana beşgünlük səfər edəcək.

Səfərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti