...

Almaniyanın xarici işlər naziri Türkiyədə səfərdədir

Dünya xəbərləri Materials 7 Yanvar 2010 10:34 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Gido Vestervelle çərşənbə günü Türkiyəyə üçgünlük səfər edib. Məlumatı Anadolu informasiya agentliyi yayıb.

Türkiyədə Vestervelle xarici işlər naziri Əhməd Davudoğlu ilə danışıqlar aparacaq, eləcə də Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.

Vestervellenin Ankara və İstanbulda Türkiyənin Avropa İttifaqına daxil olması məsələsini müzakirə edəcəyi gözlənilir.

Cümə günü Vestervelle Türkiyəni tərk edəcək və alman iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanı, Qətər Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Almaniyanın xarici işlər nazirinin Fars körfəzi ölkələri ilə İranın nüvə araşdırmaları, beynəlxalq terrorizmlə mübarizə və Yəməndə zorakılığın artması problemini müzakirə edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti