...

Türkiyə səfirini təhqir edən israilli nazir müavini üzr istəyib - qəzet

Dünya xəbərləri Materials 13 Yanvar 2010 13:06 (UTC +04:00)
Çərşənbə axşamı xarici işlər nazirinin müavini Daniel Ayalon bazar ertəsi Türkiyənin İsraildəki səfiri Əhməd Oğuz Çelikkolla görüş zamanı kobud rəftarına görə üzr istəyib.
Türkiyə səfirini təhqir edən israilli nazir müavini üzr istəyib - qəzet

Çərşənbə axşamı xarici işlər nazirinin müavini Daniel Ayalon bazar ertəsi Türkiyənin İsraildəki səfiri Əhməd Oğuz Çelikkolla görüş zamanı kobud rəftarına görə üzr istəyib. O, gələcəkdə daha "münasib diplomatik vasitələrdən" istifadə etməyə söz verib. Məlumatı İsrailin "Haaretz" qəzeti yazır.

Türkiyənin İsraildəki səfiri Türkiyə telekanallarında göstərilən və İsraildə yəhudilər əleyhinə qəbul edilən filmlə əlaqədar olaraq izahat verməsi üçün XİN-ə çağırılmışdı.

Görüş zamanı Ayalon səfirin əlini sıxmaqdan imtina edib və onu xeyli gözləməyə vadar edib.

Türkiyə "yəhudi əleyhinə" ittihamları kəskin şəkildə rədd edib və bildirib ki, İsraildən üzrxahlıq etməsini gözləyir.

"İsrailə edilən hücumlara qarşı etirazlar qüvvədə qalır. Lakin xarici səfirlərin təhqir edilməsi mənim metodum deyil və gələcəkdə öz mövqeyimi daha münasib diplomatik vasitələrlə bildirəcəyəm", - İsrailin xarici işlər naziri müavininin verdiyi bəyanatda deyilir.

Bir gün əvvəl isə - çərşənbə axşamı Ayalon rəsmi üzr istəməkdən imtina etmişdi. "Uzağa getdiyimi" hesab etmirəm. Biz öz şərəfimizi qoruduğumuz zaman bizə hörmət edəcəklər", - İsrail nəşri Ayalondan sitat gətirib.

Türkiyə XİN-dəki diplomatik mənbələr məlumat verib ki, əgər İsrail tərəfi yanvarın 13-dək üzr istəməsə Türkiyə İsraildəki səfirliyini dərhal bağlayacaq. Məlumatı CNN Turk yayıb.

Türkiyə çərşənbə axşamı İsraildəki səfir Çelikkolu geri çağırıb. Səfir bildirib ki, o, 30 illik diplomatik karyerası ərzində heç vaxt bu cür rüsvayçılıqla qarşılaşmayıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Londonda öz britaniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, İsrail nə vaxt sülh siyasətinə keçsə, o vaxt da İsrail-Türkiyə münasibətləri bərpa ediləcək.

Bazar günü İsrailin müdafiə nazirinin Ankaraya rəsmi səfəri planlaşdırılıb. O, türkiyəli həmkarı və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti