...

İranda Aşura günü baş vermiş iğtişaşlar zamanı həbs edilmiş bir qrup şəxsin məhkəməsi keçiriləcək

Dünya xəbərləri Materials 15 Yanvar 2010 11:45 (UTC +04:00)
İranın İSNA xəbər agentliyinin yaydığı məlumata görə, Tehran İnqilab Məhkəməsinin açıqlamasında bildirilir ki, dekabrın 27-də baş vermiş iğtişaşlar zamanı həbs edilmiş 16 nəfərin məhkəməsi yaxın günlərdə keçiriləcək.
İranda Aşura günü baş vermiş iğtişaşlar zamanı həbs edilmiş bir qrup şəxsin məhkəməsi keçiriləcək

İranın İSNA xəbər agentliyinin yaydığı məlumata görə, Tehran İnqilab Məhkəməsinin açıqlamasında bildirilir ki, dekabrın 27-də (Aşura günü) baş vermiş iğtişaşlar zamanı həbs edilmiş 16 nəfərin məhkəməsi yaxın günlərdə keçiriləcək.

Məlumatda bildirilir ki, həbs olunmuş 16 nəfərdən biri "müharib", digər 15 nəfər isə İran rejiminə qarşı əks-təbliğat aparmaqda, qanunsuz keçirilən mitinqlərdə iştirak etməkdə, internet səhifələrində ölkə rəsmilərinin şərəf və ləyaqətini təhqir edən məlumatlar yaymaqda ittiham olunurlar.

Allaha, Peygəmbərə və İslam hökumətinə qarşı çıxan şəxs və ya şəxslərə "müharib" (hərb elan etmişlər) deyilir. İran Konstitusiyasının 183-196-cı maddələrində "müharib" və "İslam hökumətini devirmək" istəyən şəxsə sürgün və edam kimi cəzalar nəzərdə tutulub.

Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onlardan bir çoxu siyasi şəxsiyyətdir.

Yanvarın 14-də, iğtişaşlar zamanı həbs edilmiş 7 nəfərin də işi məhkəməyə göndərilmişdi.

Xəbər lenti

Xəbər lenti