...

Ayətullah Xomeyninin şəklini yandırmaqda ittiham olunan şəxs həbs edilib

Dünya xəbərləri Materials 22 Yanvar 2010 14:18 (UTC +04:00)
İranın sabiq ali lideri ayətullah Ruhullah Xomeyninin şəklini yandırmaqda ittiham olunan şəxs həbs olunub.
Ayətullah Xomeyninin şəklini yandırmaqda ittiham olunan şəxs həbs edilib

İranın sabiq ali lideri ayətullah Ruhullah Xomeyninin şəklini yandırmaqda ittiham olunan şəxs həbs olunub. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, həmin şəxs İranın Azad Universitetinin tələbəsidir və onun İrandakı dini azlıqlardan birinin nümayəndəsi olduğu bildirilir. Həbs olunmuş şəxs Tehran Universitetində sabiq ali liderin şəklini yandırdığını etiraf edib. Məlumatda şəxsin kimliyi və hansı dini azlığa mənsub olduğu açıqlanmayıb.

İran televiziyası dekabrın 7-də saat 20:30 xəbər buraxılışında və bir neçə buraxılışda Tələbələr günü ilə bağlı keçirilən mitinqlərin yaxınlığında bir neçə nəfərin Prezident Mahmud Əhmədinejad, ali lider Ayətullah Əli Xamneyi və İran İslam İnqilabının banisi sabiq ali lider ayətullah Ruhullah Xomeyninin şəkillərini cırması və yandırılması əks olunan kadrları yayımlamışdı.

İranın sabiq ali lideri ayətullah Ruhullah Xomeyninin təhqir olunmasına etiraz əlaməti olaraq ölkənin paytaxtı Tehran və digər şəhərlərdə etiraz mitinqləri keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti