...

İranın xarici işlər naziri İsveçrəyə səfər edəcək

Dünya xəbərləri Materials 26 Yanvar 2010 11:55 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, yanvarın 28-də xarici işlər naziri Mənuçöhr Müttəki Davosda (İsveçrə) keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etmək məqsədi ilə bu ölkəyə səfər edəcək.
İranın xarici işlər naziri İsveçrəyə səfər edəcək

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, yanvarın 28-də xarici işlər naziri Mənuçöhr Müttəki Davosda (İsveçrə) keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etmək məqsədi ilə bu ölkəyə səfər edəcək. Bu barədə İRNA dövlət xəbər agentliyi məlumat yayıb.

Mehmanpərəst əlavə edib ki, Müttəki Davosdan Həbəşistana səfər edəcək. Orada Müttəki yanvarın 31-dən fevralın 3-dək Əddis-Əbəbədə keçiriləcək Afrika Birliyi dövlət başçılarının iclasında iştirak edəcək. Mehmanpərəstin sözlərinə görə, Müttəki Həbəşistandan Türkiyəyə gələcək, orada İran və Türkiyə müştərək iqtisadi komissiyasının XXI iclasında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti