...

Martın sonu Gürcüstanın Baş nazirinin Qazaxıstana rəsmi səfəri planlaşdırılır

Dünya xəbərləri Materials 1 Fevral 2010 11:59 (UTC +04:00)
Cari ilin mart ayının sonunda Gürcüstanın Baş naziri Nika Qilaurinin Astanaya rəsmi səfəri planlaşdırılır. Bu baradə Trend News-a Gürcüstanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Pata Kalandadze məlumat verib.
Martın sonu Gürcüstanın Baş nazirinin Qazaxıstana rəsmi səfəri planlaşdırılır

Qazaxıstan, Astana, 1 fevral / Trend , müxbir K.Konırova/

Cari ilin mart ayının sonunda Gürcüstanın Baş naziri Nika Qilaurinin Astanaya rəsmi səfəri planlaşdırılır. Bu baradə Trend -a Gürcüstanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Pata Kalandadze məlumat verib.

"İlkin olaraq Gürcüstan Baş naziri Nika Qilaurinin Astanaya rəsmi səfəri cari ilin martın sonunda planlaşdırılıb", - Paata Kalandadze bildirib.

Onun məlumatına əsasən, rəsmi səfər çərçivəsində Gürcüstan Baş naziri ticari-iqtisadi əməkdaşlıq üzrə beynəlxalq hüquq komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır, həmçinin, iki tərəfin biznes strukturlarının nümayəndələrinin iştirakı ilə biznes-forumun keçirilməsi gözlənilir.

"Baş nazir Nika Qilaurinin Astanaya rəsmi səfəri çərçivəsindəki görüş zamanı hazırkı layihələr üzrə cari məsələlər, həmçinin prespektiv istiqamətlər, o cümlədən Gürcüstandan keçməklə Qazaxıstan taxılının Misirə tranziti məsələlərinin müzakirəsi planlaşdırılır",- gürcü diplomat qeyd edib.

Əvvəlcə bildirildiyi kimi, Baş nazir Nika Qilauri ümid edir ki, Gürcüstanın tranzit imkanları Misiri maraqlandıra bilər.

"Gürcüstanın tranzit potensialı aralarında aktiv taxıl ticarəti olan Misir və Qazaxstanın marağını kəsb etməlidir",- Gürcüstan Baş naziri cari ilin yanvarında Misirə rəsmi səfəri zamanı bildirib.

Xatırladaq ki, "Kazaqro" SC-nin idarə heyətinin sədri Asılxan Mamıtbekov əvvəlcə bildirib ki, Qazaxıstan 2010-cu ildə Misirə 1,5 milyon ton taxıl tədarük etmək niyyətindədir. Tədarüklər Qazaxıstanın "Ərzaq korporasiyası" MŞ SC və Misirin Venus İnternational şirkəti arasında imzalanan müqavilə çərçivəsində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti