...

İsrail yazda yeni müharibə planlaşdırır - İran Prezidenti

Dünya xəbərləri Materials 16 Fevral 2010 18:58 (UTC +04:00)
İsrail fələstinlilərlə barışıq imzalamaqdan çox, regionda yeni müharibəyə başlamaq barədə düşünür. Bunu İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü İRİNN telekanalının birbaşa efirində yayımlanan mətbuat konfransında deyib.
İsrail yazda yeni müharibə planlaşdırır - İran Prezidenti

İsrail fələstinlilərlə barışıq imzalamaqdan çox, regionda yeni müharibəyə başlamaq barədə düşünür. Bunu İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü İRİNN telekanalının birbaşa efirində yayımlanan mətbuat konfransında deyib.

"Bizdə belə bir məlumat var ki, İsrail bu yaz fələstinlilərə qarşı yeni müharibəyə hazırlaşır", - Əhmədinejad deyib. O, 5 il əvvəl demişdi ki, "İsrail yer üzərindən silinməlidir".

İran Prezidenti ərəb ölkələrinin İsrail və Fələstin arasında barışıq imzalanmasına pessimist münasibət göstərdiklərini bildirib. O deyib ki, İsrail tərəflər arasında sülhdən çox müharibəni üstün tutur.

"Biz ərəb ölkələri ilə müzakirələr aparmışıq. Onlar Fələstin barışığının imzalanmasının ümidsiz olduğunu bəyan ediblər", - İran Prezidenti deyib.

İran ərəb ölkələri tərəfindən qəbul edilən ərəb-İsrail münaqişəsinin nizamlanması üzrə ərəblərin sülh təşəbbüsünü tanımır. Bu təşəbbüs ərəb ərazilərinin işğalının dayandırılmasını və müstəqil Fələstin dövləti elan ediləcəyi təqdirdə İsrail ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti