...

İranın Mərkəzi Bankında partlayış olub, ölən və xəsarət alanlar var

Dünya xəbərləri Materials 17 Fevral 2010 17:32 (UTC +04:00)
Tehran şəhər polis komandirinin əməliyyatlar üzrə müavini Möhsün Xənçərli bildirib ki, bu gün günorta saatlarında Mərkəzi Bankın zirzəmisində qaz sızması nəticəsində partlayış baş verib.
İranın Mərkəzi Bankında partlayış olub, ölən və xəsarət alanlar var

Tehran şəhər polis komandirinin əməliyyatlar üzrə müavini Möhsün Xənçərli bildirib ki, bu gün günorta saatlarında Mərkəzi Bankın zirzəmisində qaz sızması nəticəsində partlayış baş verib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Tehran şəhər yanğınsöndürmə briqadası Mərkəzi Bankda qaz sızması xəbəri ilə hadisə yerinə gəlib, bankın zirzəmisində qazdan zəhərlənərək ölmüş bir nəfəri çıxardıb və zəhərlənən digər 11 nəfəri xilas edərək xəstəxanaya çatdırıb. Xilasetmə işləri tamamlandıqdan sonra bankın zirzəmisində partlayış baş verib.

Xənçərlinin sözlərinə görə, Mərkəzi Bankın zirzəmisində baş vermiş partlayış zamanı xəsarət alan olmayıb. Yaxınlıqda yerləşən evlərin şüşələri sınıb və yanğın binaya ciddi ziyan vurmayıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Xənçərli zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılmış Mərkəzi Bankın 11 əməkdaşından üçünün vəziyyətinin ağır, digərlərinin isə yaxşı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti