...

Dağlıq Qarabağ münaqişəsinin həlli bütün region ölkələri üçün mühümdür - İran Parlamentinin spikeri (YENİLƏNİB) (FOTO)

Dünya xəbərləri Materials 20 Fevral 2010 17:25 (UTC +04:00)
İranın xarici siyasətində əsas prioritet regiondakı münaqişələrin həll edilməsidir. Bu barədə İran Parlamentinin spikeri Əli Laricani Tehranda səfərdə olan azərbaycanlı həmkarı Oktay Əsədovla görüşündə bildirb.
Dağlıq Qarabağ münaqişəsinin həlli bütün region ölkələri üçün mühümdür - İran Parlamentinin spikeri (YENİLƏNİB)  (FOTO)

İranın xarici siyasətində əsas prioritet regiondakı münaqişələrin həll edilməsidir. Bu barədə İran Parlamentinin spikeri Əli Laricani Tehranda səfərdə olan azərbaycanlı həmkarı Oktay Əsədovla görüşündə bildirb.

"Dağlıq Qarabağ münaqişəsinin həlli bütün region ölkələri üçün mühümdür", - Laricani deyib, Mehr agentliyi məlumat verir. 

Azərbaycan Parlamentinin spikeri Oktay Əsədov Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini tərəfdarı olduğunu vurğulayıb.

Laricanı görüşdə həmçinin İranın dərin tarixi və mədəni əlaqələrə malik olduğu Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti