...

"D-8" qrupuna üzv ölkələrin sənaye nazirlərinin iclası İranda keçiriləcək

Dünya xəbərləri Materials 24 Fevral 2010 12:42 (UTC +04:00)

İnkişaf etməkdə olan "D-8" qurupuna üzv ölkələrin sənaye nazirlərinin birinci iclası fevralın 28-dən martın 2-dək Tehranda keçiriləcək. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

İclasdan məqsəd ictimai və sənaye sahəsində inkişaf, dünya sənayesi və iqtisadiyyatında üzv ölkələrin rolunun artırılması, üzv ölkələrin rifahını təmin etmək olduğu bildirilib.

D-8 Türkiyənin təşəbbüsü ilə  1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulmuşdur.  1997-ci il iyunun 15-də adı çəkilən ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla İstanbulda Türkiyənin rəhbərliyi ilə inkişaf etməkdə olan 8 ölkənin zirvə toplantısı olub.

Xəbər lenti

Xəbər lenti