...

İsveç tarixi hadisələri siyasiləşdirməməyə çağırır

Dünya xəbərləri Materials 12 Mart 2010 18:10 (UTC +04:00)
İsveçin xarici işlər naziri Karl Bildt İsveç Parlamentində son hadisələri şərh edərkən tarixi hadisələri siyasiləşdirməməyə çağırıb.
İsveç tarixi hadisələri siyasiləşdirməməyə çağırır

İsveçin xarici işlər naziri Karl Bildt İsveç Parlamentində son hadisələri şərh edərkən tarixi hadisələri siyasiləşdirməməyə çağırıb. CNN Turk İsveç KİV-ə istinadən məlumat yayıb.

Cümə axşamı İsveç Parlamentinin Xarici əlaqələr komitəsi bir səs çoxluğu ilə qondarma "erməni soyqırımı"nı tanıyıb. Analoji qərar ötən həftə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin iclasında da qəbul olunub.

Bildtin sözlərinə görə, qondarma "soyqırım"ın tanınması Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə səyləri heçə endirəcək.

Nazirin sözlərinə görə, İsveç birgə komissiyanın yaradılmasını dəstəkləyir, bu komissiya "soyqırım" faktının araşdırılması ilə məşğul olacaq.

Sənədin qəbulundan bir neçə saat sonra Ankara buna cavab olaraq məsləhətləmələr məqsədi ilə öz səfirini Stokholmdan geri çağırıb və martın 17-də Baş nazir Rəcəb Tayyib Ərdoğanın İsveçə nəzərdə tutulan səfəri təxirə salınıb. "Biz İsveç Parlamentində qəbul olunan qərarı qəyiyyətlə pisləyirik. Bizim xalqımız və hökumətimiz əsası olmayan və böyük səhvlərə malik bu qərarı rədd edir", - Türkiyə hökumətinin rəsmi bəyanatında deyilir.

"Ankara hesab edir ki, bəzi daxili siyasi maraqların naminə İsveç Parlamentinin qəbul etdiyi qərar Türkiyə və İsveç arasındakı münasibətlərə, iki xalq arasındakı yaxın əlaqələrə və dostluğa yaraşmır", - bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti