İsveç Parlamentinin "erməni soyqırımı"nı tanımasından sonra, həmin ölkənin Ankaradakı səfiri Krister Asp Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Türkiyənin ANADOLU informasiya agentliyi məlumat yayıb.
Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi tərəfindən qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul edilməsindən sonra, martın 11-də İsveç Parlamentinin Xarici əlaqələr komitəsi də qondarma "erməni soyqırımı"nı qəbul edib.
İsveç Parlamenti və ABŞ Konqresinin "erməni soyqırımı" haqqında qətnaməsinə etiraz əlaməti olaraq. rəsmi Ankara həmin ölkələrdən öz səfirlərini geri çağırıb.
İsveçin xarici işlər naziri Karl Bildt bu məsələyə öz münasibətini bildirərək deyib ki, "erməni soyqırımı" haqqında qətnamənin qəbul edilməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş addımlara ciddi zərbə vuracaq.
XİN rəhbərinin sözlərinə görə, tarixdə baş vermiş hadisələri siyasiləşdirmək olmaz.