...

Türkiyənin Baş Naziri 100 000 ermənistanlı qeyri-leqal miqrantın ölkəsindən çıxarılacağı ilə hədələyib

Dünya xəbərləri Materials 17 Mart 2010 00:44 (UTC +04:00)
Türkiyədə yaşıyan 100 min ermənistanlı qeyri-leqal miqrant ölkədən qovula bilər. Bu barədə çərşənbə axşamı Türkiyənin Baş Naziri Rəcəp Tayip Ərdoğan BBC teleradioşirkətinə verdiyi müsahibəsində bir sıra ölkənin parlamentində "erməni soyqırımı"nı tanıyan qətnaməsinin qəbul olması ilə bağlı suala cavab verərək bildirib. Məlumatı Anadolu agentliyi yayıb.
Türkiyənin Baş Naziri 100 000 ermənistanlı qeyri-leqal miqrantın ölkəsindən çıxarılacağı ilə hədələyib

Türkiyədə yaşıyan 100 min ermənistanlı qeyri-leqal miqrant ölkədən qovula bilər. Bu barədə çərşənbə axşamı Türkiyənin Baş Naziri Rəcəp Tayip Ərdoğan BBC teleradioşirkətinə verdiyi müsahibəsində bir sıra ölkənin parlamentində "erməni soyqırımı"nı tanıyan qətnaməsinin qəbul olması ilə bağlı suala cavab verərək bildirib. Məlumatı Anadolu agentliyi yayıb.

"Ermənistanın diaspora nəzarətindən, ipotekasından qurtarılması lazımdır. Burada da Minsk üçlüyünün çox önəmli vəzifəsi var. Bu vəzifənin Minsk üçlüyü tərəfindən yerinə yetirilməsi lazımdır. Yerinə yetirilməsindən sonra bütün məsələlər öz-özünə həll olunacaq. O zaman nə Türkiyə-Ermənistan arasında, nə də Azərbaycan və Ermənistan arasında problemlər qalacaqdır", - Ərdoğan deyib.

Ərdoğanın fikirinə görə, saxta "erməni soyqırımı" ilə bağlı qətnamələrə görə yaranmış problemlər ilk növbədə Ermənistana ziyan dəyəcək.

"İndi Ermənistan çox mühüm qərar verməlidir. Ermənistan diasporanın ipotekasınan qurtarılmalıdır. Əgər Ermənistanı sevən ölkələr varsa, başda Amerika, Fransa, Rusiya olmaqla, Ermənistanı diasporanın ipotekasından qurtarmalıdırlar", - Türkiyənin Baş Naziri Böyük Britaniyalı həmkarı Qordon Braun ilə birgə mətbuat konfrasında deyib.

"Mənim ölkəmdə 170 min erməni var, bunların 70 mini vətədaşımdır. Sabah, lazım olsa, onlara "ölkənizə qayıdın" deyəcəyəm. Onlar mənim vətəndaşım deyil. Ölkəmdə də tutmaq məcburunda deyiləm", - Ərdoğan qeyd edib.

Xəbər lenti

Xəbər lenti