...

Türkiyə Prezidenti Gül Pakistana rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 30 Mart 2010 11:19 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül çərşənbə axşamı Pakistana rəsmi səfər edəcək. Bu barədə Anadolu agentliyi məlumat verir.
Türkiyə Prezidenti Gül Pakistana rəsmi səfər edəcək

Türkiyə Prezidenti Abdullah Gül çərşənbə axşamı Pakistana rəsmi səfər edəcək. Bu barədə Anadolu agentliyi məlumat verir.

Prezidentin mətbuat xidmətinin məlumatına əsasən, Gülün səfəri aprelin 2-nə kimi davam edəcək.

Türkiyə Prezidentini dövlət naziri Məhmət Aydın, səhiyyə naziri Rəcəb Akdağ və kənd təsərrüfatı naziri Mehdi Əkər müşayiət edəcək.

Abdullah Gül ölkə prezidenti Asif Əli Zərdari, Baş nazir Yusif Rza Gilani və digər yüksək vəzifəli Pakistan məmurları ilə görüşəcək. Gül, həmçinin, yerli hökumət nümayəndələri və Pakistan müsəlman liqasının lideri Navaz Şərif ilə görüşəcək.

Abdullah Gül səfər zamanı tikinti, energetika, turizm və müdafiə sənayesi kimi sahələrdə konkret layihələr çərçivəsində iqtisadi və ticari münasibətlərin təşviqi yollarını, regional və qlobal problemləri müzakirə edəcək. Səfər çərçivəsində, həmçinin, biznes-forum keçiriləcək.

Xəbər lenti

Xəbər lenti