...

Yaxın Şərqdə nüvə silahı olmamalıdır - Türkiyə XİN rəhbəri

Dünya xəbərləri Materials 3 Aprel 2010 10:56 (UTC +04:00)

Yaxın Şərqdə nüvə silahı olmamalıdır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İtaliyanın gündəlik "L'Espresso" qəzetinə müsahibəsində deyib.

"Nə İran, nə İsrail, nə də istənilən digər dövlət nüvə silahına sahib olmamalıdır. Yaxın Şərqdə nüvə silahı olmamalıdır", - Davudoğlu deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramı ilə əlaqədar Qərb ölkələrinin bu ölkəyə sanksiyalar tətbiq etməsi düzgün qərar deyil.

"Regionda yeni sanksiyalara ehtiyac yoxdur. Əvvəllər də sanksiyalar fəaliyyətsiz olub. Siyasi sabitlik və iqtisadi yüksəliş lazımdır. Ümidvaram ki, dünya bunu başa düşəcək", - Türkiyə XİN rəhbəri bildirib.

Davudoğlu İsrail ilə münasibətlərə də toxunub.

"2008-ci ilədək İsrail ilə münasibətlər yaxşı idi. İsrail Qəzzada hərbi əməliyyatlara başladıqdan sonra münasibətlər pozuldu. Bu, onların səhvi idi. Biz Şərqi Qüdsdə yəhudi qəsəbələrinin inşasının davam etdirilməsi barədə İsrailin Baş naziri Benyamin Netanyahunun qərarını da düzgün hesab etmirik. Bu fikir ayrılıqları aradan qaldırıldıqdan sonra münasibətlər əvvəlki səviyyəyə yüksələ bilər. Lakin bundan ötrü səy göstərmək lazımdır", - o deyib.

ABŞİsveçin qanunverici orqanlarında qondarma "erməni soyqırımı"na dair sənədlərin qəbul olunmasına toxunan Əhməd Davudoğlu deyib ki, "parlamentlər tarixin yazılması üçün münasib yer deyil".

Xəbər lenti

Xəbər lenti