İranın müdafiə naziri Əhməd Vəhidi bildirib ki, biz ABŞ-ı daha uzaqgörən bir ölkə kimi tanıdığımızdan, İrana hücum edəcəyinə inanmırıq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
Vəhidi bu gün Urmiya şəhərində jurnalistlərin suallarını cavablandırarkən əlavə edib ki, "sionist rejim"in İrana hücumuna gəldikdə isə deməliyəm ki, bir neçə vaxt öncə onların araşdırmalar mərkəzi İrana hücum planını fikirləşməməyi məsləhət görüb.
Vəhidi əlavə edib ki, biz onların cavabını öncədən vermişdik və yenə də deyirik: "Sionist rejim İrana hücum edərsə, bu rejimdən əsər-əlamət qalmayacaq".
Vəhidi bu il də ötən illərdə olduğu kimi, Müdafiə Nazirliyinin yeni hərbi texnologiyalar istehsalını davam etdirəcəyini söyləyib. "Bu il hava hücumundan müdafiə sahəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır", - deyə Vəhidi vurğulayıb.