İran İslam Respublikası sərhəd polisi komandanı, general-mayor Hüseyn Zülfüqari çərşənbə günü Qətərə rəsmi səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
Səfər zamanı Zülfüqari Qətərin Silahlı Qüvvələrinin Qərargah rəisi Həmd bin Əli əl-Ətiyyə ilə görüşəcək. Görüşdə dəniz məsələləri, regionda təhlükəsizlik, narkotiklərlə mübarizə, insan və silah qaçaqmalçılığına dair məsələlər müzakirə olunacaq.