...

İran Prezidenti suriyalı həmkarına məktub verəcək

Dünya xəbərləri Materials 29 Aprel 2010 11:50 (UTC +04:00)
İranın vitse-prezidenti Məhəmməd Rza Rəhimi Prezident Mahmud Əhmədinejad adından onun suriyalı həmkarı Bəşər əl-Əsədə məktub verəcək. Bu barədə İRNA informasiya agentliyi məlumat verir.
İran Prezidenti suriyalı həmkarına məktub verəcək

İranın vitse-prezidenti Məhəmməd Rza Rəhimi Prezident Mahmud Əhmədinejad adından onun suriyalı həmkarı Bəşər əl-Əsədə məktub verəcək. Bu barədə İRNA informasiya agentliyi məlumat verir.

Rəhimi İran - Suriya birgə komissiyasının sessiyasında iştirak etmək üçün Suriyaya yola düşməzdən öncə, hava limanında jurnalistlər önündə çıxış edərək bu barədə bildirib.

O, həmçinin bildirib ki, Dəməşqdə olduğu müddətdə iki ölkənin vəzifəli şəxsləri ilə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq haqqında bir sıra müqavilələr imzalanmalıdır.

Tehran və Dəməşq arasında əlaqələrə gəldikdə isə Rəhimi iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

İranın birinci vitse-prezidenti Suriyanın Baş naziri Məhəmməd Naci Otarinin dəvəti ilə ölkəyə səfər edəcək.

Rəhimini Suriyaya səfəri zamanı bir neçə iranlı ekspert və Parlament üzvü müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti