...

İsraildə türkiyəli tələbə həbs edilib

Dünya xəbərləri Materials 1 May 2010 14:12 (UTC +04:00)
İsrail polisi Qüdsdə yaşayan Türkiyə vətəndaşı İzzət Şahini həbs edib. Bu barədə CNN Turk saytı yazır.
İsraildə türkiyəli tələbə həbs edilib

İsrail polisi Qüdsdə (Yerusəlim) yaşayan Türkiyə vətəndaşı İzzət Şahini həbs edib. Bu barədə CNN Turk saytı yazır.

Yəhudi Universitetinin tələbəsi İzzət Şahin dörd gün əvvəl İordan çayının qərb sahilində yerləşən Vifleemdə nəzarət-buraxılış məntəqəsində saxlanılıb və İsrailin Petax Tikva şəhərindəki həbsxanaya göndərilib.

Türkiyənin Təl-Əvivdəki səfirliyi həbs faktını təsdiqləyərək əlavə edib ki, həbsin səbəbləri elə diplomat üçün də naməlumdur. CNN Turk saytının verdiyi məlumata görə, türkiyəli tələbə mayın 4-da məhkəmə qarşısına çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti