...

İran Böyük Britaniya ilə əlaqələrin məhdudlaşdırılması imkanlarını nəzərdən keçirir

Dünya xəbərləri Materials 3 May 2010 16:21 (UTC +04:00)

İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası Böyük Britaniya ilə əməkdaşlığın səviyyəsinin azaldılması imkanlarının nəzərdən keçirilməsi haqqında bəyan edib. Məlumatı Press TV yayıb.

Komissiyanın üzvü Hüseyn İbrahimi bildirib ki, İranın Xarici İşlər və Kəşfiyyat nazirlikləri London ilə diplomatik münasibətlərin məhdudlaşdırılmasını təklif ediblər.

Onun sözlərinə görə, komissiya bir neçə nüfuzlu orqanla danışıqlar keçirdikdən sonra hazırda sözügedən məsələni müzakirə edir.

Prezident seçkilərindən sonra Britaniya rəsmi şəxsləri ölkənin daxili işlərinə aid olan bir sıra nöqsanlar tutublar ki, bu da İran hökumətinin tənqidinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti