...

Qərb İranın nüvə proqramı ilə razılaşmalıdır - Salehi

Dünya xəbərləri Materials 13 May 2010 18:29 (UTC +04:00)

Qərb ölkələrinin İranın mövcud nüvə proqramı ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur. Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib. Məlumatı FARS informasiya agentliyi yayıb.

O, əlavə edib ki, ABŞ və digər Qərb dövlətləri İranın nüvə silahı istehsal etməsindən şübhələndikləri üçün ondan nüvə proqramını dayandırmağı tələb edirlər.

"Onlar bu məsələdə etibarlı faktlara deyil, şəxsi ehtimallara əsaslanırlar", - Salehi bildirib.

Qərb ölkələrinin təlaşa düşməsinin digər səbəbi kimi, o, İranın Fələstin probleminə münasibətini göstərib.

"Biz Fələstin xalqını dəstəkləmək faktını inkar etmirik. Biz İranın bu mövqeyi tutmaqla hansı məsuliyyəti daşıdığını da dərk edirik", - Salehi deyib.

Onun sözlərinə görə, əgər Vaşinqton İrana hücum etsə, bu, ABŞ-ın tarixində sonuncu hücum əməliyyatı olacaq.

Xəbər lenti

Xəbər lenti