...

BMT Baş katibi Türkiyə Prezidenti və XİN başçısı ilə görüşüb

Dünya xəbərləri Materials 22 May 2010 13:21 (UTC +04:00)
BMT-nin Baş katibi Pan Gi Mun cümə günü Türkiyəyə səfər edib. O, buraya İstanbulda keçiriləcək Somalidə sülh prosesinə dəstək üzrə beynəlxalq konfransda iştirak etmək üçün gəlib. Bu barədə BMT-nin rəsmi saytında məlumat verilir.
BMT Baş katibi Türkiyə Prezidenti və XİN başçısı ilə görüşüb

BMT-nin Baş katibi Pan Gi Mun cümə günü Türkiyəyə səfər edib. O, buraya İstanbulda keçiriləcək Somalidə sülh prosesinə dəstək üzrə beynəlxalq konfransda iştirak etmək üçün gəlib. Bu barədə BMT-nin rəsmi saytında məlumat verilir.

Baş katib prezident Abdullah Güllə danışıqlar aparıb. Danışıqlarda, Somali, Kipr, Yaxın Şərq də daxil olmaqla, bir sıra məsələlər və minilliyin inkişaf məqsədləri müzakirə edilib.

Eləcə də İranın nüvə proqramı müzakirə olunub. Baş katib Türkiyənin öz xarici siyasət dairəsini genişləndirdiyinə görə Gülə minnətdarlığını ifadə edib.

Daha sonra Pan Gi Mun Türkiyən XİN rəhbəri Əhməd Davudoğlu ilə görüş keçirib. Danışıqların gedişində bu yaxınlarda Türkiyə, İran və Braziliya arasında imzalanan nüvə yanacağının mübadiləsi haqda saziş müzakirə olunub. Bu barədə Anadolu agentliyi məlumat verib.

Davudoğlu BMT Baş katibini bu sazişlə bağlı prosesi dəstəkləməyə çağırıb.

Pan Gi Mun və Davudoğlu İraqda baş verən son hadisələri və Kipr problemini, eləcə də Kipr türklərinin təcrid olunma imkanlarını da müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti