...

İran ölkə sərhədlərinin möhkəmləndirilməsi üçün 100 milyon dollar ayıracaq – DİN rəhbəri

Dünya xəbərləri Materials 27 May 2010 13:45 (UTC +04:00)

İran sərhədlərin möhkəmləndirilməsi və onların təhlükəsizliyinin təmin olunması üçün büdcədən 100 milyon dollar ayıracaq. Bu barədə İİR DİN rəhbəri Mustafa Məhəmməd Nəccar bəyan edib, - İRNA informasiya agentliyi məlumat verir.

Nəccar son aylar aparılan sərhədlərin möhkəmləndirilməsi üzrə işləri qənaətbəxş  qiymətləndirib.

"Sərhədlərin təhlükəsizliyinin təmin olunması layihəsi hazırlanıb, onun həyata keçirilməsinə yaxın vaxtlarda başlanacaq", - o deyib.

Nəccar əlavə edib ki, bu layihənin yerinə yetirilməsi İran hüdudlarında sərhədlərin möhkəmləndirilməsi, onların yenilənməsi və təhlükəsizliyinin tam təmin olunması prosesini sürətləndirəcək.

Xəbər lenti

Xəbər lenti