...

İranda İsrailin humanitar yardım gəmisinə hücumuna qarşı etiraz aksiyası keçirilib

Dünya xəbərləri Materials 31 May 2010 17:45 (UTC +04:00)
Tehran Universitetinin tələbələri BMT-nin İran paytaxtındakı binası qarşısında İsrailin humanitar yardım gəmisinə hücumuna qarşı etiraz aksiyası keçiriblər.
İranda İsrailin humanitar yardım gəmisinə hücumuna qarşı etiraz aksiyası keçirilib

Tehran Universitetinin tələbələri BMT-nin İran paytaxtındakı binası qarşısında İsrailin humanitar yardım gəmisinə hücumuna qarşı etiraz aksiyası keçiriblər. Məlumatı ILNA informasiya agentliyi yayıb.

Nümayişçilər ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.

Bazar ertəsi İsrail hərbçiləri mühasirədə olan Qəzza sektoruna yüzlərlə hüquq müdafiəçisi və min tonlarla humanitar yük daşıyan gəmiyə hücum ediblər. İsrailin "Haaretz" qəzetinin "tam uğursuzluq" adlandırdığı əməliyyat zamanı son məlumatlara görə, humanitar missiyanın 19 üzvü öldürülüb, 30-a yaxın şəxs isə yaralanıb. "Əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, onların əksəriyyətinin vəziyyəti ağırdır.

Türkiyə humanitar missiyasının məlumatına görə, həlak olan 16 nəfərdən 15-i türk vətəndaşıdır. "Haaretz" qəzetinin fikrincə, bu, 2008-ci ilin dekabrında İsrailin Qəzzada apardığı müharibədən sonra Ankara ilə gərgin qalan münasibətlərin "tamamilə pozulmasına gətirib çıxara bilər".

Xəbər lenti

Xəbər lenti