...

Rusiyanın İrana qarşı münasibətində tutduğu mövqe strateji deyil, taktikidir - İran İslam Respublikasının Parlament nümayəndəsi

Dünya xəbərləri Materials 7 İyun 2010 14:41 (UTC +04:00)
İran Parlamentinin xarici siyasət komissiyasının rəhbəri Hüseyn İbrahimi deyib ki, Rusiyanın İrana qarşı mövqeyi strateji deyil, taktikidir və Moskva tərəfindən Qərblə yaxınlaşmaq üçün bir vasitə hesab olunur, - MEHR xəbər agentliyi məlumat verir.
Rusiyanın İrana qarşı münasibətində tutduğu mövqe strateji deyil, taktikidir - İran İslam Respublikasının Parlament nümayəndəsi

İran Parlamentinin xarici siyasət komissiyasının rəhbəri Hüseyn İbrahimi deyib ki, Rusiyanın İrana qarşı mövqeyi strateji deyil, taktikidir və Moskva tərəfindən Qərblə yaxınlaşmaq üçün bir vasitə hesab olunur, -  MEHR xəbər agentliyi məlumat verir.

O, əlavə edib ki, Rusiya öz mənfəəti üçün əlverişli tərəfə hərəkət edir.

İTAR-TASS agentliyinin yaydığı məlumata əsasən, iyunun 5-də Rusiya Prezidenti Dmitri Medvedev Almaniya Federativ Respublikasının kansleri Angel Merkellə apardığı danışıqların yekununa həsr olunmuş mətbuat konfransında bildirib ki, İran haqqında sanksiyanın qəbul edilməsi barədə danışıqlar əldə edilib.

Xəbər lenti

Xəbər lenti