...

İran "Vyana qrupu"ndan uranın Türkiyə ərazisində mübadiləsi ilə bağlı cavab alıb – Salehi

Dünya xəbərləri Materials 9 İyun 2010 17:13 (UTC +04:00)
"Vyana qrupu" (Rusiya, Fransa və ABŞ) İrana məzmunu uranın Türkiyə ərazisində mübadiləsi ilə bağlı cavabdan ibarət olan üç məktub göndərib.
İran "Vyana qrupu"ndan uranın Türkiyə ərazisində mübadiləsi ilə bağlı cavab alıb – Salehi

"Vyana qrupu" (Rusiya, Fransa və ABŞ) İrana məzmunu uranın Türkiyə ərazisində mübadiləsi ilə bağlı cavabdan ibarət olan üç məktub göndərib. Bunu Əli Əkbər Salehi deyib. Məlumatı ISNA informasiya agentliyi yayıb.

Salehi məktubların məzmununu açıqlamayıb. Lakin qeyd edib ki, məktublarda may ayında Türkiyə, İran və Braziliya arasında imzalanan sazişlə bağlı suallar var.

Onun sözlərinə görə, məktubların məzmunu BMT Təhlükəsizlik Şurasında müzakirə olunan məsələlərin kontekstinə uyğun gəlmir.

Salehi deyib ki, "Vyana qrupu"nun cavabı diqqətlə öyrənildikdən sonra İran tərəfi ona cavab göndərəcək.

Mayın 17-də İran və Türkiyə arasında Türkiyə ərazisində 1200 kiloqram az zənginləşdirilmiş uranın 20 faizlik yanacaqla mübadiləsi haqqında saziş imzalanıb. İrana məxsus az zənginləşdirilmiş uran Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında müvafiq sazişin imzalanmasından sonra bir ay ərzində Türkiyəyə göndərilə bilər.

Xəbər lenti

Xəbər lenti