Kürdüstan İşçi Partiyası (PKK) terrorçularının Türkiyənin şərq vilayəti Tuncelidə hərbi karvana hücum etməsi nəticəsində 13 əsgər və 1 uşaq xəsarət alıb. Məlumatı CNN Turk telekanalı yayıb.
Yaralı əsgərlər Tunceli şəhəri dövlət xəstəxanasına çatdırılıblar. Terrorçularla mübarizə məqsədilə rayona əlavə hərbi bölmələr gətirilib. Mayın əvvəlində PKK terrorçularının jandarmeriyaya hücumu nəticəsində 4 türk hərbçisi həlak olmuş, 7-si isə yaralanmışdı. Həlak olanlar arasında jandarm dəstəsinin komandiri də olub.