İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Suriyanın vitse-prezidenti Fərrux əş-Şara ilə Tehranda görüşüb, onunla son beynəlxalq və regional hadisələrlə bağlı danışıqlar aparıb, - bu barədə IRNA agentliyi məlumat yayıb. 
Əş-Şara görüşdə deyib ki, Suriya İranın milli nüvə proqramı çərçivəsində İslam Respublikasının mövqeyini dəstəkləyir.
O əlavə edib ki, İrana qarşı sanksiyalar İran xalqının uğurlarına təsir etməyəcək. 
Əş-Şara çərşənbə günü axşam Tehrana gəlib və o, burada İranın birinci vitse-prezidenti Məhəmməd Rza Rəhimi ilə görüşüb. 
Cəlili ilə görüşənədək Suriyanın vitse-prezidenti İran dövlət başçısı Mahmud Əhmədinejatla görüşüb. Tərəflər Tehranla Dəməşq arasındakı münasibətləri müzakirə ediblər.
