...

Türkiyə münasibətlərin bərpası üçün İsrailə qarşı dörd şərt irəli sürüb

Dünya xəbərləri Materials 28 İyun 2010 14:46 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Kanadanın "Toronto Star" qəzetinə müsahibəsində bildirib ki, İsrail Türkiyə ilə münasibətlərini bərpa etmək üçün dörd şərti yerinə yetirməlidir.
Türkiyə münasibətlərin bərpası üçün İsrailə qarşı dörd şərt irəli sürüb

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Kanadanın "Toronto Star" qəzetinə müsahibəsində bildirib ki, İsrail Türkiyə ilə münasibətlərini bərpa etmək üçün dörd şərti yerinə yetirməlidir.

Ərdoğanın sözlərinə görə, İsrail, ilk növbədə, ölkəsinin hərbi dəniz qüvvələrinin Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq Donanmasının" tərkibində olan türk gəmisinə etdiyi hücuma görə üzr istəməlidir; həlak olan doqquz türk vətəndaşı və türk əsilli bir ABŞ vətəndaşının ailələrinə təzminat ödəməlidir; BMT-nin nəzarəti altında beynəlxalq araşdırmaya razı olmalıdır və Qəzza bölgəsindən embarqonu ləğv etməlidir.

Türkiyə hökumətinin rəhbəri İsrail hökumətinin Qəzza bölgəsinin blokadasının yüngülləşdirilməsi ilə bağlı addımlarını kifayət hesab etmir.

"Biz artıq bu bəyanatı eşitmişik, lakin konkret addımlar hələ ki atılmayıb", - Ərdoğan bildirib.

İsrail hökuməti üç il əvvəl tətbiq edilən və beynəlxalq hüquq müdafiəçilərinin hesab etdiyinə görə anklavda humanitar böhrana səbəb olan Qəzzanın yerüstü blokadasının zəiflədilməsi barədə qərar qəbul edib. Qərar İsrail komandoslarının göyərtəsində 30 ölkədən 600 beynəlxalq hüquq müdafiəçisinin olduğu beynəlxalq gəmiyə hücum etməsindən və bu hadisənin beynəlxalq ictimaiyyətin qınağına çevrilməsindən sonra qəbul edilib.

Aralıq dənizinin beynəlxalq sularında "Donanma" gəmilərindən birinin saxlanılması zamanı israilli hərbçilər və türk hüquq müdafiəçiləri arasında toqquşma baş vermişdi ki, bu da on nəfərin həlak olmasına və israillilər arasında yaralananlara gətirib çıxarmışdı.

Türkiyə Baş nazirinin fikrincə, gəmilərin bu ölkənin sularına daxil olacağı təqdirdə, İsrailin buna hüququ çatırdı.

"Əlbəttə, heç kəs sərhədlərini silahlı şəxslərdən və ya düşməndən qorumağı inkar etmir və belə əməllərə yalnız ölkənin öz sərhədləri çərçivəsində yol verilə bilər", - nazir əlavə edib.

Ərdoğan ölkəsinin antiisrail olması və qərbyönümlü siyasətini dəyişməsi ilə bağlı yayılan məlumatları rədd edib.

"Türkiyə Yaxın Şərqdə İsrailə dost olan yeganə ölkədir. Ehud Olmerin hökuməti dövründə Türkiyə İsrail və Suriya arasında birbaşa olmayan danışıqlarda vasitəçi olub", - Baş nazir qeyd edib.

Ərdoğan Qərblə gələcək münasibətlər məsələsinə toxunaraq qeyd edib ki, Türkiyə Aİ-yə daxil olmaq niyyətindən imtina etməyib və Avropa yolunu getməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti