...

İran təyyarələrini yanacaqla doldurmaqdan imtina edən ölkələrə həmin formada cavab veriləcək - parlamentin nümayəndəsi

Dünya xəbərləri Materials 5 İyul 2010 20:00 (UTC +04:00)
İran onun təyyarələrini yanacaqla doldurmaqdan imtina edən ölkələrə öz ərazisində yanacaq verməyəcək. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Hişmətullah Fəlahətpişə bildirib.
İran təyyarələrini yanacaqla doldurmaqdan imtina edən ölkələrə həmin formada cavab veriləcək - parlamentin nümayəndəsi

İran onun təyyarələrini yanacaqla doldurmaqdan imtina edən ölkələrə öz ərazisində yanacaq verməyəcək. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Hişmətullah Fəlahətpişə bildirib. Məlumatı ISNA agentliyi yayıb.

O əlavə edib ki, Böyük Britaniya, Almaniya, BƏƏ kimi ölkələrin təyyarələri tez-tez İrandan tranzit uçuşlar həyata keçirirlər. Ona görə də bu ölkələrə xatırlatmaq zəruridir ki, İran da həmin formada cavab verəcək.

Böyük Britaniya, Almaniya və BƏƏ-nin hava limanları Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara görə İran təyyarələrini yanacaqla doldurmaqdan imtina edirlər. Bu barədə İranın Aviasiya Şirkətləri Assosiasiyasının nümayəndəsi Mehdi Əliyari bildirib.

Bununla yanaşı o qeyd edib ki, İran yaranmış vəziyyətlə əlaqədar öz təyyarələrini ölkə daxilində maksimum həddədək doldurmalı ya da üçüncü ölkələrdə yanacaq anbarları yaratmalıdır.

"Hava nəqliyyatı və daşımalar əslində (icazə verilmiş) beynəlxalq fəaliyyətdir. İrana münasibətdə tətbiq edilən bütün sanksiyalar, eləcə də BMT Təhlükəsizlik Şurasının sanksiyaları, hələ birtərəfli məhdudlaşdırıcı ölçüləri demirəm... mülki aviasiya haqqında beynəlxalq qaydalara ziddir və insan haqlarının pozulmasıdır", - Əliyari bildirib.

"Hazırda Avropaya çoxlu sayda reyslər həyata keçirən "Iranair" və "Mahanair" belə problemlərlə üzləşir", - o əlavə edib.

BMT Təhlükəsizlik Şurası iyunun 9-da rəsmi Tehrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan növbəti qətnamə qəbul edib. Bu, Tehranın beynəlxalq tələbləri yerinə yetirmək istəməməsi səbəbindən TŞ-nin qəbul etdiyi sayca 4-cü qətnamədir.

BMT TŞ-nin sanksiyaları ilə yanaşı, ABŞ da İslam Respublikasına qarşı birtərəfli məhdudlaşdırıcı ölçülər tətbiq edib. Bu ölçülər əsasən İranın neft-qaz sektoruna, eləcə də ABŞ-ın raket proqramlarının hazırlanmasında iştirak etməkdə şübhələndiyi İran şirkətlərinə aiddir.

Xəbər lenti

Xəbər lenti