...

İran və Türkiyə XİN başçıları Portuqaliyada görüşüblər

Dünya xəbərləri Materials 15 İyul 2010 12:23 (UTC +04:00)
İran və Türkiyə XİN başçıları Mənuçöhr Möttəki və Əhməd Davudoğlu Portuqaliyada görüşüblər. Bu barədə İslam Respublikasının xarici siyasət idarəsinin nümayəndəsi Ramin Mehmanpərəst bildiirb. Xəbəri İRNA agentliyi yayıb.
İran və Türkiyə XİN başçıları Portuqaliyada görüşüblər

İran və Türkiyə XİN başçıları Mənuçöhr MöttəkiƏhməd Davudoğlu Portuqaliyada görüşüblər. Bu barədə İslam Respublikasının xarici siyasət idarəsinin nümayəndəsi Ramin Mehmanpərəst bildiirb. Xəbəri İRNA agentliyi yayıb.

Mehmanpərəst əlavə edib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq və Tehrandakı tədqiqat reaktoru üçün yanacağın mübadiləsi haqda üçtərəfli saziş müzakirə olunub.

Uranın mübadiləsi haqda üçtərəfli saziş mayın 17-də İran, Türkliyə və Braziliya arasında imzalanıb. Bu ölkələrin XİN başçıları Tehrandakı elmi-tədqiqat reaktoru üçün Tehranın malik olduğu azzənginləşdirilmiş uranın (3,5 faizədək) yüksəkzənginləşdirilmiş (20 faizədək) yanacağa mübadiləsi üçün sazişin layihəsini imzalayıblar. Sənədə görə, mübadilə Türkiyə ərazisində həyata keçiriləcək. Saziş çərçivəsində İran öz azzənginləşdirilmiş uranını Türkiyəyə göndərərək, əvəzində 120 kiloqram nüvə yanacağı almağa hazırdır.

Xəbər lenti

Xəbər lenti