...

Pan Gi Mun İranın "Vyana qrupu" ilə danışıqları bərpa edəcəyinə inanır – BMT nümayəndəsi

Dünya xəbərləri Materials 27 İyul 2010 11:38 (UTC +04:00)

BMT-nin Baş katibi Pan Gi Mun İranla "Vyana qrupu" (Rusiya, Fransa və ABŞ) arasında danışıqların bərpa olunacağına ümid edir. Bu barədə BMT-nin rəsmi nümayəndəsi jurnalistlərlə söhbətində bildirib. IRNA agentliyi xəbər verir.

O, İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) məktubu ilə əlaqədar bildirib ki, məktubun məzmunu "Vyana qrupu" ilə gələcək münasibətlərlə bağlı plandan ibarətdir.

"Onların reaksiyasını gözləmək lazımdır", - o bildirib.

Yeri gəlmişkən, İranın səfiri və MAQATE-dəki daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bazar ertəsi MAQATE-nin baş katibi Yukiya Amanoya (Yukia Amano) İran tərəfinin rəsmi məktubunu təqdim edib və məktubda Tehran özünün Tehrandakı tədqiqat reaktoru üçün yanacağın mübadiləsi ilə bağlı "Vyana qrupu" ilə danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

MAQATE-nin mətbuat katibi Cill Tyudor (Gill Tudor) məktubun alındığını təsdiqləyib və bəyan edib ki, "Amano İran hökumətindən Tehrandakı tədqiqat reaktorunun nüvə yanacağı ilə təmin olunması üçün danışıqlarla bağlı məktub alıb".

Xəbər lenti

Xəbər lenti